Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib

Qafar Ağayev12:52 - Bu gün
Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar.

Nümayəndə heyətinə ƏİK bölmələri haqqında brifinq təqdim olunub, qonaqlar silah və texnikayla tanış olublar.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər