Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi başlayıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi başlayıb - YENİLƏNİB

11:05 - Bu gün
Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi başlayıb - YENİLƏNİB

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report"a istinadən məlumatına görə, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, onlarla azərbaycanlı həbs edilib.

10:27

Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.

1news.az-ın “Report"a istinadən məlumatına görə, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər