Havanın maksimal temperaturu 35 dərəcəyədək yüksəlib - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın maksimal temperaturu 35 dərəcəyədək yüksəlib - FAKTİKİ HAVA

10:31 - Bu gün
Havanın maksimal temperaturu 35 dərəcəyədək yüksəlib - FAKTİKİ HAVA

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər