Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib

Qafar Ağayev13:43 - 02 / 07 / 2025
Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.

1news.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır. Elm və Təhsil Nazirliyi isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər