Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı Baş Prokurorluqda geniştərkibli istintaq qrupu yaradılıb

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunda geniştərkibli istintaq qrupu yaradılıb.
1news.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, ən azı 14 nəfərin Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.
“Saxlanılanlardan 12 nəfəri Azərbaycan vətəndaşıdır. Məlumata görə, onlardan 7-si fiziki zorakılığa məruz qalıb”.
95