Nemət Əvəzov: Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində həyatını itirib

“Yayılan görüntülərdə Ziyəddin Səfərov evindən çıxarılan zaman bədənində ciddi xəsarət izləri müşahidə olunmur.”
1news.az xəbər verir ki, bu fikri Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin başlanmasına dair keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov səsləndirib.
O bildirib ki, Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində həyatını itirib.
"İyunun 27-də Azərbaycan vətəndaşlarının Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində həlak olması ilə bağlı araşdırmalara başlanılıb. İlkin istintaqla müəyyən olunub ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı bir neçə azərbaycanlı saxlanılıb və onlara ağır bədən xəsarətləri yetirilib. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında hüquq-mühafizə orqanlarının avtomobilində dünyasını dəyişib", – deyə Nemət Əvəzov qeyd edib.