FHN dənizdə batma təhlükəsində olan 25 yaşlı qızı xilas edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN dənizdə batma təhlükəsində olan 25 yaşlı qızı xilas edib - VİDEO

11:56 - Bu gün
FHN dənizdə batma təhlükəsində olan 25 yaşlı qızı xilas edib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN0in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər