AMB-də “üzən faiz dərəcəli istiqrazlar” mövzusunda təqdimat keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMB-də “üzən faiz dərəcəli istiqrazlar” mövzusunda təqdimat keçirilib

Qafar Ağayev15:20 - Bu gün
AMB-də “üzən faiz dərəcəli istiqrazlar” mövzusunda təqdimat keçirilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri Azərbaycan Mərkəzi Bankında (AMB) yerli maliyyə qurumlarının əməkdaşları üçün "üzən faiz dərəcəli istiqrazlar" mövzusunda təqdimat keçirib.

1news.az AMB-yə istinadən xəbər verir ki, görüşdə son illər banklararası pul bazarının inkişafı istiqamətində görülmüş işlər, AZİR indeksi və onun hesablanmasında tətbiq edilən yeni metodologiya, eləcə də bu indeksin pul siyasətinin transmissiyasında artan rolu barədə geniş məlumat verilib.

Yerli kapital bazarında milli valyutada üzən faiz dərəcəli istiqrazların emissiyası zamanı AZİR indeksinin istinad faiz dərəcəsi kimi tətbiqi ilə bağlı məsələlər ətraflı şəkildə nəzərdən keçirilib, bu istiqamətdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər