Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

09:34 - Bu gün
Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

SİMA-nın biometriya texnologiyası müəllimlərin sertifikatlaşdırılması imtahanlarında tətbiq edilib.

19-25 iyun tarixlərində keçirilən imtahanlarda iştirakçıların şəxsiyyətinin dəqiqliklə müəyyən olunması məqsədilə SİMA-nın KYC (Müştərini Tanı) rəqəmsal həllindən istifadə olunub. Belə ki, imtahana gələn müəllimlərin kimliyinin yoxlanılması prosesi SİMA-nın üztanıma texnologiyası əsasında həyata keçirilib. Bu yanaşma prosesin daha çevik və şəffaf formada idarə edilməsinə imkan yaradıb.

İmtahana qatılan 23 434 nəfərdən təxminən 16 minə yaxın müəllimin şəxsiyyəti “SİMA KYC” ilə uğurla identifikasiya olunub və ümumilikdə proses uğurla yekunlaşıb. SİMA-nın KYC texnologiyası imtahan prosesində təhlükəsizlik və şəffaflığı təmin etməklə yanaşı, rəqəmsal həllərin təhsil sahəsində də uğurla tətbiq oluna biləcəyini nümayiş etdirib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər