İtkin düşən şəxsin meyiti Yuxarı Qarabağ kanalında tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən şəxsin meyiti Yuxarı Qarabağ kanalında tapılıb

10:17 - Bu gün
İtkin düşən şəxsin meyiti Yuxarı Qarabağ kanalında tapılıb

İtkin kimi axtarılan şəxsin meyiti tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, 04.07.2025 tarixindən Yevlax rayonunun Malbinəsi kəndi ərazisində itkin düşmüş kimi axtarılan Səxavət Novruz oğlu Abdullayevin meyiti Yuxarı Qarabağ kanalından tapılıb.

Kanalın Yevlax rayon Kövər kəndi ərazisindən keçən hissəsində tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər