Gəncədə evdən tibb bacısının meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə evdən tibb bacısının meyiti tapılıb

15:51 - 10 / 07 / 2025
Gəncədə evdən tibb bacısının meyiti tapılıb

Gəncədə evdən tibb bacısının meyiti tapılıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ölümün səbəbləri araşdırılır.

Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər