Bağçalarda tərbiyəçi-müəllimlərin işləmək istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbuluna başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağçalarda tərbiyəçi-müəllimlərin işləmək istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbuluna başlanılır

Qafar Ağayev13:52 - Bu gün
Bağçalarda tərbiyəçi-müəllimlərin işləmək istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbuluna başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunub. Bildirilib ki, nüsabiqədə iştirak etmək istəyən namizədlər 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər