2 gün ərzində 100 kiloqrama yaxın narkotik məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

2 gün ərzində 100 kiloqrama yaxın narkotik məhv edilib

Qafar Ağayev10:41 - Bu gün
2 gün ərzində 100 kiloqrama yaxın narkotik məhv edilib

2 gün ərzində 100 kiloqrama yaxın narkotik və 10 minə yaxın psixotrop həb, 7000-dən çox yabanı çətənə kolu məhv edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O, bildirib ki, polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-si və 13-də 100 kq-a yaxın narkotik vasitə, 10 310 ədəd psixotrop tərkibli həb, 7 009 ədəd yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq məhv edilib.

"Unutmayaq ki, narkotiklər təkcə sağlamlığı deyil, ailələri, gəncləri, cəmiyyəti məhv edir" - deyə E.Hacıyev əlavə edib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər