Bu ilin ilk altı ayında qeydə alınan cinayətlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin ilk altı ayında qeydə alınan cinayətlərin sayı açıqlandı

Qafar Ağayev16:05 - 24 / 07 / 2025
Bu ilin ilk altı ayında qeydə alınan cinayətlərin sayı açıqlandı

Cari ilin birinci yarımilində ölkə ərazisində 17 049 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib.

1news.az xəbər verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, ümumilikdə ölkə üzrə cəmi 7 477 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan 536-sı prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Paylaş:
141

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər