İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib

Qafar Ağayev14:27 - 25 / 07 / 2025
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min) manatdan “1 153 400 000 (bir milyard yüz əlli üç milyon dörd yüz min) manata qaldırılır.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

Fonda bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş:
146

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər