55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

Qafar Ağayev12:06 - Bu gün
55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

İyunun 21-dən start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir. Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a bildirilib ki, bu günə qədər ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.

Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar ibtidai təhsilə daha sağlam adaptasiya olur və akademik nailiyyətlərdə üstünlük qazanırlar. Bu mərhələ onların əqli, fiziki, sosial-emosional və nitq bacarıqlarının sistemli şəkildə inkişafına şərait yaradır.

“Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”, - deyə agentliyin məlumatında qeyd olunur.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər