Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

Qafar Ağayev16:19 - 30 / 07 / 2025
Yol polisi Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.

BDYPİ-dən 1news.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 1 avqust saat 08:00-dan 24 avqust saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq:

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə almalarını, qeyd olunan yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etmələrini və təhlükəsizliyi təmin etmələrini xahiş edir.

Qaydalara əməl edin ki, yolunuz açıq və təhlükəsiz olsun!"

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər