Polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar

Qafar Ağayev11:35 - 31 / 07 / 2025
Polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər