Qubada yanğın baş verib

Qubada taxıl sahəsi yanıb.
Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, rayonun Pirvahid kəndində meşə ətrafı ərazidə 3 hektar sahədə kol-kos və 10 hektar biçilmiş taxıl sahəsi yanıb.
Rayonun İkinci Nügədi kəndində meşə ətrafı ərazidə isə 5 hektar sahədə kol-kos yanıb. Hər iki yanğında meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
72