Polis Ağcabədidə silsilə oğurluq əməlləri törədən şəxsi saxlayıb

Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nağd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 min manat dəyərində ziyan vurduğu müəyyən edilib. E.Məmmədovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs olunub. İstintaq davam etdirilir.
55