Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Qafar Ağayev11:56 - Bu gün
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər