Rüstəm Əzimov “Yango Azərbaycan”da mətbuat katibi təyin olunub

“Yango Azərbaycan” şirkəti ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə yeni kadr dəyişikliyi həyata keçirib.
1news.az xəbər verir ki, jurnalist Rüstəm Əzimov şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsinə təyin olunub. Bu barədə o, şəxsi “Facebook” səhifəsində paylaşım edib.
Jurnalistika sahəsində 15 ildən artıq təcrübəyə malik Rüstəm Əzimov 2008–2025-ci illərdə 1news.az portalında fəaliyyət göstərib. 2019–2020-ci illərdə isə Report.az informasiya agentliyində redaktor vəzifəsində çalışıb.
Media sahəsindən əlavə, Əzimov “Şahdağ” futbol klubunun mətbuat katibi, 2018–2022-ci illərdə isə “Mini Futbol Liqası” layihəsinin meneceri olub.
O, həmçinin “Futbol üçün Dostluq” adlı beynəlxalq sosial layihədə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.