Viləşçay su anbarının şirkət tərəfindən qanunsuz zəbt edilməsi aşkar edilib - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən aparılan nəzarət tədbirləri zamanı “SİRR-M” MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edilib.
SİMDNX-dan 1news.az-a verilən məlumata görə, araşdlrma zamanı müəyyən olunmuşdur ki, MMC tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutulmaqla torpaq və qarışıq suxur qanunsuz olaraq çıxarılıb.
Bildirilir ki, su anbarının balanssaxlayıcısı və istismarçısının razılığı və su fondu torpaqları üzərində tikilmiş Viləşçay su anbarının yatağının bir hissəsinin istifadəyə ayrılması ilə bağlı hər hansı qərarı olmadan “SİRR-M” MMC tərəfindən torpaq sahəsinin özbaşına tutulması və Viləşçay su anbarının daxilindən qanunsuz olaraq qum-çınqıl çıxarılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.
Qeyd edilən qanunsuz hərəkətlər Viləşçay su anbarı kimi dövlət əhəmiyyətli hidrotexniki qurğunun istismar qaydalarının pozulmasına gətirib çıxarır, həmçinin qurğunun təhlükəsizliyini risk altına alır.
Bundan əlavə Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.
Göstərilən xüsusatları nəzərə alaraq aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti hazırda su obyektlərində və onların mühafizə zonasında mövcud qanunvericiliyin tələblərinə riayət edliməsinə nəzarət tədbirlərinin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
