Ərdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu

Qafar Ağayev09:23 - Bu gün
Ərdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu

ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu.

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda yeni mərhələ başlanmışdı. Azərbaycana tətbiq olunan məhdudiyyətlərin aradan qalxması sevindiricidir. Bu gün eyni mövzunu Ermənistanın Baş naziri Nikol Paşinyanla da müzakirə etdim. Nəqliyyat-kommunikasiya xətlərinin və sərhədlərin açılması, ticarətin inkişafı bütün region üçün faydalı olacaq”, – o bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə tərəflər sülh sazişinin mətnini paraflayıb və kommunikasiyaların bloklanmamasına dair memorandum imzalayıblar.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər