Ukraynanın Kramatorsk şəhəri Rusiya PUA-larının hücumuna məruz qaldı
Ukrayna bildirir ki, Rusiya Kramatorsk şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusunun Geran-2 tipli PUA-larla həyata keçirdiyi hücum nəticəsində Kramatorsk şəhərində yaşayış məntəqələri ciddi ziyan görüb.
Kramatorsk Hərbi İdarəsinin rəhbəri Oleksandr Honçarenko bildirib ki, üç PUA ilə həyata keçirilən hücumlarda 25 müstəqil yaşayış evi və bir səhiyyə mərkəzi zərər çəkib.
Səhər saatlarına olan məlumata görə, ölən və ya yaralanan olmayıb.
60








