Ərdoğan: Azərbaycan və Ermənistan sülh sazişinə indiyədək olmadığı qədər yaxındır | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Azərbaycan və Ermənistan sülh sazişinə indiyədək olmadığı qədər yaxındır

Qafar Ağayev16:42 - Bu gün
Ərdoğan: Azərbaycan və Ermənistan sülh sazişinə indiyədək olmadığı qədər yaxındır

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması heç vaxt indiki qədər yaxın olmayıb".

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Beştəpədə Türkiyə səfirlərinin 16-cı qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, uzun illər gərginliklə yadda qalan Cənubi Qafqaz hazırda tarixi mərhələdən keçir.

“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək olmadıqları qədər yaxındırlar. Azərbaycanla dialoq şəraitində biz də Ermənistanla normallaşma prosesini irəlilədirik. Ümid edirik ki, gələn ilin əvvəlindən etibarən bu istiqamətdə bəzi simvolik addımlar atılacaq”, – deyə Ərdoğan qeyd edib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər