Tramp Çin mallarına artırılmış gömrük rüsumlarının tətbiqini yenidən təxirə saldı | 1news.az | Xəbərlər
Dünya

Tramp Çin mallarına artırılmış gömrük rüsumlarının tətbiqini yenidən təxirə saldı

Qafar Ağayev09:38 - Bu gün
Tramp Çin mallarına artırılmış gömrük rüsumlarının tətbiqini yenidən təxirə saldı

ABŞ Prezidenti Donald Tramp, Çin mallarına tətbiq olunan artırılmış gömrük rüsumlarının qüvvəyə minməsini 90 gün müddətinə yenidən təxirə salan fərmanı imzalayıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, qərar, ABŞ və Çin arasında may ayında əldə edilən və qarşılıqlı olaraq artırılmış tariflərin azaldılmasını nəzərdə tutan razılaşma çərçivəsində müəyyən edilən 90 günlük müddətin başa çatmasına saatlar qalmış qəbul edilib.

Fərmana əsasən, Çindən idxal olunan mallara tətbiq edilən artırılmış rüsumların dayandırılması müddəti 10 noyabra qədər uzadılıb. Bu addım ticarət balanssızlıqlarının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinin qarşısının alınması, ABŞ ixracatı üçün bazara çıxış imkanlarının genişləndirilməsi və milli təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər