Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcmi artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcmi artıb

Qafar Ağayev15:50 - 13 / 08 / 2025
Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcmi artıb

2025-ci ilin yanvar-iyul ayları ərzində AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Bakı Limanı vasitəsilə 4 milyon 625 min ton yük aşırılıb.+

1news.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artım deməkdir.

Hesabat dövründə yük aşırma növləri üzrə ən yüksək artım konteyner daşımalarında müşahidə olunub – 54,2%. Bununla yanaşı, quru yüklərin aşırılmasında 34,8%, təkərli texnikaların daşınmasında isə 6,4% artıma nail olunub.

Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarında əhəmiyyətinin artması, habelə tərəfdaşlarla aparılan müzakirələr və yeni razılaşmalar nəticəsində ilin sonuna qədər ümumi yük dövriyyəsinin daha da artacağı proqnozlaşdırılır.

Paylaş:
305

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər