Deputat: Sənədsiz evlərlə bağlı amnistiya gözlənilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat: Sənədsiz evlərlə bağlı amnistiya gözlənilir

Qafar Ağayev17:21 - Bu gün
Deputat: Sənədsiz evlərlə bağlı amnistiya gözlənilir

"Sənədsiz evlərin rəsmiləşdirilməsi istiqamətində hökümətdə xeyli müddərdir konsepsiyanın hazırlanması ilə bağlı işlər gedir".

Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

"Rəsmi məlumatlar da təsdiq edir ki, sənədsiz evlərlə bağlı amnistiya məsələsi gündəmdədir və bu istiqamətdə hazırlıq işləri aparılır".

Deputat bildirib ki, son rəsmi məlumatlar praktiki olaraq sənədsiz evlərin amnistiyasının gündəmdə olduğunu göstərir:
“Gözlənilir ki, iki mərhələdə həyata keçiriləcək amnistiya nəticəsində təxminən 100 minə yaxın qeydiyyatsız ev sənədləşdiriləcək. Bu, yüz minlərlə ailəyə müvafiq prosedurlar vasitəsilə dövlət qeydiyyatına alınmaq imkanı yaradacaq”.

Onun sözlərinə görə, prosesin müəyyən vaxt tələb etməsinin əsas səbəblərindən biri qeydiyyata alınacaq evlərin bir hissəsinin təhlükəli zonalarda inşa olunmasıdır:
“Buraya neft boru kəmərlərinə, iri dəmir yolu xətlərinə, o cümlədən yüksək gərginlikli elektrik xətlərinə yaxın ərazilərdə yerləşən evlər daxildir. Belə evlərin sənədləşdirilməsi həm zaman tələb edir, həm də təhlükəsiz mühitin formalaşdırılmasını zəruri edir. Məsələn, bəzi hallarda yüksək gərginlikli elektrik xətləri yeraltı xətlərlə əvəz oluna bilər. Lakin neft kəmərlərinə yaxın tikililərlə bağlı xüsusi yanaşmaya ehtiyac var”.

Vüqar Bayramov

Vüqar Bayramov qeyd edib ki, təhlükəli zona hesab edilən ərazilərdə fərdi evlərin sənədləşdirilməsi prosesin gedişinə təsir göstərir:
“Bununla belə, aparılan müzakirələr və hökumətdəki razılaşma göstərir ki, yaxın vaxtlarda qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesinə start verilə bilər”.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər