Ərdoğan ordu generalı Bəxtiyar Ersayı yeni vəzifəyə təyin edib

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni vəzifəyə təyin olunub.
1news.az xəbər verir ki, Sərəncama əsasən, o, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı olub.
Qeyd edək ki, avqustun 5-də imzalanmış digər sərəncamla Bəxtiyar Ersaya ordu generalı rütbəsi verilib.
Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı vəzifəsində xidmət aparıb, 2022-ci ildə isə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.
77