Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat alıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat alıblar

Qafar Ağayev17:29 - Bu gün
Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat alıblar

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.

1news.az xəbər verir ki, hər iki hakim Konfrans Liqasının oyunlarını idarə edəcək.

Ə.Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

E.Məsiyev isə Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava” komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.

Qeyd edək ki, hər iki qarşlaşma avqustun 21-də keçiriləcək.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər