“Qarabağ” bu gecə “Napoli”ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəni davam etdirən "Qarabağ" bu gecə növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası İtaliyada “Napoli” ilə qarşılaşacaq.
1news.az xəbər verir ki, V turun matçı "Stadio Diego Armando Maradona"da keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəcək. Görüşü polşalı məşhur FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Hazırda "Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə, "Napoli" isə 4 xalla 24-cü yerdə qərarlaşıb.
Azərbaycan çempionu turnirdə indiyədək “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, səfərdə “Atletik”ə 1:3 hesabı ilə uduzub. “Qarabağ” Bakıdakı oyunda “Çelsi” ilə isə 2:2 hesablı heç-heçəyə imza atıb.
61








