Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
1news.az-ın məlumatına görə, yığma bu dəfə Qazaxıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:31.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.
816








