Hindistan və Çin 5 il sonra sərhəd ticarətini bərpa etməyə hazırlaşır | 1news.az | Xəbərlər
Dünya

Hindistan və Çin 5 il sonra sərhəd ticarətini bərpa etməyə hazırlaşır

Qafar Ağayev11:32 - Bu gün
Hindistan və Çin 5 il sonra sərhəd ticarətini bərpa etməyə hazırlaşır

Hindistan ilə Çin arasında 2020-ci ildə Himalaylardakı mübahisəli sərhəd xəttində baş verən toqquşmadan sonra dayandırılan sərhəd ticarətinin yenidən bərpası gündəmə gəlib.

1news.az "India Today" saytına istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval iki ölkə arasında sərhəd gərginliyi və ticarət məsələlərinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, 5 ildən sonra sərhəddəki üç keçid məntəqəsində ticarətin yenidən başlaması üçün Çin tərəfi ilə təmaslar davam etdirilir.

“Bu üç keçid nöqtəsində ticarətin bərpası üçün Çin tərəfi ilə danışıqlar aparırıq”, – deyə Caisval vurğulayıb.

Məlumata görə, Çin Xarici İşlər naziri Van Yi avqustun 18-də Hindistana rəsmi səfər edəcək. Səfər çərçivəsində sərhəd təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi mühüm mövzuların müzakirə ediləcəyi gözlənilir.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər