Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçirilib - FOTO

Qafar Ağayev12:54 - Bu gün
Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçirilib - FOTO

Avqustun 15-17-də Göygöl rayonunun Xan Yaylağında keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub.

1news.az İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, agentliyin təşkilatçılığı ilə keçirilmiş sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli musiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.

Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilmiş “KOB FEST” sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox ceşiddə məhsul və xidmətləri sərgilənib.

Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub.

Bölgədə yaşayan sakinlər və turistlər tərəfindən “KOB FEST” sərgi-satış yarmarkası maraqla qarşılanıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər