Tramp: Qərarları Putin və Zelenski verəcək, ABŞ kənarda qalır

Danışıqlarda yekun qərarları Rusiya və Ukrayna liderləri verəcəklər, ABŞ isə bu münaqişədən kənarda qalır.
1news.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, o, Vladimir Putin və Volodimir Zelenski arasında keçiriləcək ilk görüşdə iştirak etməyi planlaşdırmır:
“Zelenski çeviklik göstərməlidir. Razılaşma ola da bilər, olmaya da. Növbəti 2-3 həftə ərzində bunun şahidi olacağıq”, – Tramp vurğulayıb.
57