Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib

Qafar Ağayev15:40 - Bu gün
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib. R.İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

R.İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər