Bakıda tullantılar yığılmış sahədə baş vermiş yanğın ərazisinə polislər cəlb edilib

Bakıda tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.
"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir",- deyə məlumatda qeyd edilib.
86