Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənir

Qafar Ağayev17:38 - Bu gün
Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənir

Avqustun 21-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər