Sumqayıtda qaz təchizatında fasilə olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sumqayıtda qaz təchizatında fasilə olacaq

Qafar Ağayev16:18 - Bu gün
Sumqayıtda qaz təchizatında fasilə olacaq

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar olaraq qaz verilişində fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən 1news.az-a verilən məlumata görə, saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər