Azərbaycan İsraillə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan İsraillə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

Qafar Ağayev14:32 - Bu gün
Azərbaycan İsraillə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailin maliyyə naziri, Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə işbirliyi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər