Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

14:24 - Bu gün
Bakıda bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900 manat pul oğurlanıb.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər