Sabah Bakının bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakının bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

11:25 - 23 / 08 / 2025
Sabah Bakının bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Avqust 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Paylaş:
525

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər