Yasamalda 45 yaşlı qadın qətlə yetirilib, cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda 45 yaşlı qadın qətlə yetirilib, cinayət işi başlanıb

14:41 - Bu gün
Yasamalda 45 yaşlı qadın qətlə yetirilib, cinayət işi başlanıb

Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər