Binədə evdən oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə evdən oğurluq edən şəxs saxlanılıb

13:03 - Bu gün
Binədə evdən oğurluq edən şəxs saxlanılıb

Binə qəsəbəsində evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməyindən 1news.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər