58 ildən sonra bir ilk: Suriya Prezidenti Şara BMT-də çıxış edəcək

1967-ci ildən sonra ilk dəfə olaraq Suriya Prezidenti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında nitq söyləyəcək.
1news.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Şara sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında çıxış edəcək.
Bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Prezident Şara Assambleyada iştirak edəcək və çıxış edəcək.
Bəyanatda vurğulanıb ki, Əhməd Şara 1967-ci ildən bəri BMT Baş Assambleyasında çıxış edəcək ilk Suriya Prezidenti olacaq.
79