ABŞ Koreya yarımadasına F-35 qırıcı təyyarələri yerləşdirib | 1news.az | Xəbərlər
Dünya

ABŞ Koreya yarımadasına F-35 qırıcı təyyarələri yerləşdirib

Qafar Ağayev11:32 - Bu gün
ABŞ Koreya yarımadasına F-35 qırıcı təyyarələri yerləşdirib

ABŞ ordusu Cənubi Koreya ilə hazırda davam edən yay mövsümü birgə hərbi təlimində iştirak etmək məqsədilə Koreya yarımadasına F-35 qırıcı təyyarələri yerləşdirib.

1news.az xəbər verir ki, bu barədə Seul mərkəzli Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, Şimali Koreyanın təhdidlərinə qarşı ortaq müdafiə hazırlığını gücləndirməyi hədəfləyən və avqustun 18-də başlayan illik “Ulchi Azadlıq Qalxanı (UFS)” təlimi davam edir.

ABŞ Koreya Qüvvələri rəsmisinin açıqlamasına görə, UFS çərçivəsində 10 ədəd F-35 qırıcı təyyarəsi paytaxt Seulun cənubunda yerləşən Kunsan Hava Bazasına müvəqqəti olaraq göndərilib.

Məlumata əsasən, ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Dəniz Piyadaları üçün ayrılan təyyarələr müdafiə məqsədli hava manevrlərində iştirak edəcək və bölgədəki potensial təhdidlərin qarşısını almaq üçün birgə hazırlığın artırılmasına fokuslanacaq.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In avqustun 28-dək davam etməsi gözlənilən təlimlə bağlı açıqlamasında ABŞ və Cənubi Koreyanın ölkəsinə qarşı “düşmənçilik mövqeyini davam etdirdiyini” iddia edib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər