Azərbaycan media nümayəndələri NATO qərargahında olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan media nümayəndələri NATO qərargahında olublar

Qafar Ağayev13:12 - Bu gün
Azərbaycan media nümayəndələri NATO qərargahında olublar

Azərbaycanın aparıcı media qurumlarının nümayəndələri NATO qərargahına tanışlıq səfəri ediblər.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, bu il baş tutan səfər xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə üst-üstə düşür.

Səfərin təşkilinə və dəstəyinə görə NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə (PDD) minnətdarlıq bildirilib.

İştirakçılar səfər çərçivəsində NATO-nun fəaliyyəti və təşkilatın ictimai diplomatiya sahəsində gördüyü işlərlə yaxından tanış olacaqlar.

Qeyd edək ki, 1news.az-ın Baş redaktoru Kəmalə Məmmədova da səfərdə iştirak edir.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər