Brüsseldə azərbaycanlı jurnalistlərin Cəfər Hüseynzadə ilə görüşü baş tutub

Brüsseldə səfərdə olan azərbaycanlı jurnalistlər Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə görüşüblər.
1news.az xəbər verir ki, görüş Azərbaycanın NATO yanında Nümayəndəliyinin ofisində baş tutub.
C.Hüseynzadə görüşdə media nümayəndələrinə Azərbaycan-NATO tərəfdaşlığı barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Keçirilən görüşdə 1news.az-ın da nümayəndəsi iştirak edib.
71