Sarayda 54 yaşlı kişi qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarayda 54 yaşlı kişi qətlə yetirilib

Qafar Ağayev17:51 - 28 / 08 / 2025
Sarayda 54 yaşlı kişi qətlə yetirilib

Avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
354

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər